Bu səfərlərin xeyri yoxdur: Geri qaytarın! – Zülfüqarovbackend

Bu səfərlərin xeyri yoxdur: Geri qaytarın! – Zülfüqarov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilər, bu cür səfərlərin heç bir bəhrəsi yoxdur. Mən bilirəm nə deyirəm.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin Azərbaycanla sərhədə (Geqarkunik vilayətinə) gəlməsi və onu Müdafiə Nazirliyi rəsmilərinin müşayiət etməsi haqda deyib.

T.Zülfüqarov bildirib ki, hələ 1996-cı ildə ABŞ-ın Azərbaycandakı səfiri Rimard Kozlariç və ABŞ-ın ATƏT-in Minsk Qrupundakı həmsədri D.Braunu təmas xəttinə, Tapqaraqoyunluya müşayiət edib:

“İndi bu məsələləri səfirlər həll etmir, bizim Ordumuz, güc həll edir və bunu bilirsiniz. Nə qədər ki gec deyil, qaytarmalı olduğunuzu geri verin”.
Axar.az