Bu şəhər və rayonlardakı bağçalar da bağlanacaqbackend

Bu şəhər və rayonlardakı bağçalar da bağlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən məktəbəqədər təhsil müəssisələri mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq aprelin 5-dən bağlanır.

NOCOMMENT.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, bu barədə yerli icra hakimiyyəti orqanları müvafiq sərəncam veriblər.

Məlumatı Bakı Şəhər İcra Hakimiyyətindən də təsdiqləyiblər.

Qeyd edək ki, dünən Təhsil Nazirliyi aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində əyani tədrisin dayandırıldığı barədə məlumat yaymışdı.

Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.(Virtualaz.org)