Bu şəhərdə fəvvarələr bağlanırbackend

Bu şəhərdə fəvvarələr bağlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın Milan şəhərinin meri Cüzeppe Sala quraqlıq səbəbindən yeni məhdudiyyətlər elan edib.

NOCOMMENT.az xəbər verir ki, su təchizatında məhdudiyyətlər çərçivəsində şəhərdə fəvvarələr bağlanacaq.

Bundan əvvəl Lombardiya bölgəsində sentyabrın 30-dək davam edəcək fövqəladə vəziyyət elan edilib və şəhər merlərinə lazım olmayan su sərfini azaltmaq tapşırılıb.

Milanın meri vətəndaşları bitkilərin təmizlənməsi və suvarılması üçün içməli suyun istifadəsini minimuma endirməyə çağırıb.