Bu şəhərdə gündüz saatlarında qaz olmayacaqbackend

Bu şəhərdə gündüz saatlarında qaz olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərinin bəzi ərazilərində qaz olmayacaq.

NOCOMMENT xəbər verir ki, bu barədə oxu.az-a Sumqayıt Qaz İstismarı Sahəsindən məlumat verilib.

Bildirilib ki, bu gün səhər saat 10:00-dan saat 17:00-dək Sumqayıt şəhərinin Kimyaçılar, Kotec, İnşaatçılar qəsəbələri, Xəzər bağları yaşayış massivi, 26-cı məhəllə, Bulvar ərazisinin qaz təchizatı dayandırılacaq və 8 500 abonentin qaz təminatında məhdudiyyət yaranacaq.

Məhdudiyyətlərə səbəb Hacı Zeynalabdin qəsəbəsi – Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirməklə yenidən qurulması layihəsini həyata keçirilməsidir. Belə ki, tikinti sahəsinə düşən 273 mm-lik yeraltı orta təzyiqli qaz kəmərinin yenidən quraşdırılmış işlək qaz kəmərinə qoşulması məqsədi ilə qeyd edilən ərazilərdə gündüz saatlarında qazın verilişi dayandırılacaq.