Bu şəhərin ələ keçirilməsi bir neçə mühüm strateji marşrutu bağlamağa imkan verəcək – Kimakovskibackend

Bu şəhərin ələ keçirilməsi bir neçə mühüm strateji marşrutu bağlamağa imkan verəcək – Kimakovski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Marinkanın azad edilməsindən sonra rus qoşunları Ukrayna tərəfi üçün strateji əhəmiyyət kəsb edən bir sıra marşrutları bağlaya bilib.

NOCOMMENT.az xəbər verir ki, bunu DXR rəhbərinin müşaviri İqor Kimakovski Birinci Kanalda bildirib.

“Marinkanın ələ keçirilməsi bizə düşmənin bölmələri arasında qarşılıqlı əlaqəni, canlı qüvvə və sursatların çatdırılmasını təmin etdiyi bir neçə mühüm strateji marşrutu bağlamağa imkan verəcək”, – deyə İqor Kimakovski bildirib.

Bundan əlavə, Kimakovski əlavə edib ki, Marinkanın azad edilməsindən sonra rus hərbçiləri Kuraxovo, Krasnoqorova və Uqledar istiqamətlərini açıblar.