Bu şəhərlərə meymun gətirmək qadağan olundubackend

Bu şəhərlərə meymun gətirmək qadağan olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın koronavirusdan sonra meymunçiçəyi virusu ilə mübarizə apardığı bir vaxtda bəzi ölkələr yeni tədbirlər görməyə başlayıb.

NOCOMMENT xəbər verir ki, İraq meymunçiçəyi virusu ilə əlaqədar həyəcan vəziyyətindədir. Virusun yayılmasının qarşısını almaq məqsədilə Zikar və Mosul şəhərlərinə meymunların gətirilməsinə qadağa qoyulub, Bəsrə şəhərində isə xüsusi komissiya yaradılıb.

Zikar Baytarlıq Xəstəxanasından verilən məlumatda meymun saxlayanların heyvanları baytar həkimlərə göstərmələri tələb olunub. Bəsrədə virusa görə xüsusi komissiyanın yaradıldığı açıqlanıb.

Bəsrə Baytarlıq Xəstəxanasının direktoru Riyaz Məhəmməd xüsusi komissiyanın Bəsrədəki heyvan bazarlarına, xüsusilə meymunlara nəzarəti həyata keçirəcəyini bildirib.