Bu sənədləri olanlar evinə çıxarış ala biləcək – AÇIQLAMAbackend

Bu sənədləri olanlar evinə çıxarış ala biləcək – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daşınmaz əmlakla bağlı hüquqi sənədləşmədə mühüm dəyişiklik edilib. 2025-ci il iyulun 16-da Prezidentin imzaladığı fərmana əsasən, əvvəlki illərdə əldə edilmiş torpaq və tikililərə dair müəyyən sənədlər də artıq rəsmi çıxarış almaq hüququ verir. Bu dəyişiklik çoxsaylı vətəndaşların mülkiyyət hüququnun tanınmasına şərait yaradacaq. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı uzun illərdir problem yaşayan vətəndaşlar üçün mühüm hüquqi əsas yaranacaq.

NOCOMMENT.az e-huquq.az.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı hüquqi tərəfləri izah edən vəkil Tural Abdullazadə, fərmanın əhatə dairəsini və hansı sənədlərlə çıxarış almağın mümkün olacağını ətraflı şəkildə şərh edib.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına 16 iyul 2025-ci ildə Prezidentin fərmanı ilə dəyişiklik olunub. Həmin dəyişikliyə əsasən müəyyən qərarlar olan torpaq sahələrinə də çıxarış veriləcək”, – deyə vəkil qeyd edib.

Onun sözlərinə görə, həmin dəyişikliyə əsasən, aşağıdakı qərarlar olan torpaq sahələrinə də çıxarış veriləcək:

1. Yaşayış evinin, mənzilin şəxsin mülkiyyətinə verilməsi barədə zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetlərinin qərarları

2. Şəhər və rayon xalq deputatları sovetləri tərəfindən verilmiş torpaq sahələrinə mülkiyyət, sahiblik, istifadə hüquqlarına dair dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr

3. 2021-ci il yanvarın 1-nə qədər inşa edilmiş yaşayış evlərinə və ya onların yerləşdiyi torpaq sahələrinə eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablardan çıxarış və həmin çıxarışlar əsasında verilmiş arayışlar

4. Yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırılma orqanları tərəfindən 2001-ci il yanvarın 1-nə qədər tərtib olunmuş texniki passportlar (müvafiq tikililərin yerləşdiyi həyatyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda)

5. Yaşayış və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kalxoz üzvlərinin ümumi yığıncağının və müvəkkillərinin yığıncağının qərarı yaxud həyatyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış

6. Sovxoz və dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq sahələrindən çıxarış

7. Yaşayış evinin tikintisi məqsədi ilə həyətyanı torpaq sahələrinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-nə qədər qəbul edilmiş qərarlar

“Qeyd etdiyim sənədləri olan vətəndaşlar da rahatlıqla öz torpaqlarına çıxarış ala biləcəklər”, – T.Abdullazadə bildirib.