Bu şəxslər gələn ildən maaşlarına əlavələr alacaqlarbackend

Bu şəxslər gələn ildən maaşlarına əlavələr alacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn il yanvarın 1-dən miqrasiya orqanlarının işçiləri hər ay maaşlarının 1,1 misli məbləğində vəzifə maaşlarına əlavə alacaqlar.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Hazırda miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən, onlara ikiaylıq əməkhaqqı həcmində müavinət ödənilir. Eyni zamanda miqrasiya orqanlarının işçilərinə hər il onların aylıq əməkhaqqının ikiqat həcmində maddi yardım göstərilə bilər. Layihəyə əsasən, 2023-cü il yanvarın 1-dən bu maddələr qüvvədən düşəcək. Başqa sözlə, gələn il yanvarın 1-dən miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən, onlara ikiaylıq əməkhaqqı həcmində müavinət ödənilməyəcək, hər il onların aylıq əməkhaqqının ikiqat həcmində maddi yardım göstərilməyəcək.

Qanun layihəsi Milli Məclisdə qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.