Bu şəxslər imtahanlara pul ödəməyəcək – DİM-dən AÇIQLAMAbackend

Bu şəxslər imtahanlara pul ödəməyəcək – DİM-dən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİM imtahanlar üçün dövlət rüsumlarını qaldırıb.  Belə ki, buraxılış imtahanına giriş qiyməti 20 manatdan 45 manata, blok imtahanı 40 manatdan 45/50 manata, altqrupu imtahanı 10 manatdan 20 manata, əlavə xarici dil imtahanı 10 manatdan 30 manatadək artırılıb.

NOCOMMENT.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentinin müdiri Nigar Hüseynovanın sözlərinə görə, bəzi şəxslər tələb olunan ödənişlərdən azaddır:

“Cari ilin məzunları buraxılış imtahanı və qəbul imtahanının birinci mərhələsində ödənişdən azaddırlar. Qəbul imtahanının ikinci cəhdində iştirak üçün isə ödəniş etməlidirlər. Ötən ilin məzunları nə vaxtsa bir dəfə qəbul imtahanında iştirak ediblərsə, onlardan ödəniş tələb olunacaq. Keçən ilin məzunu olub heç vaxt qəbul imtahanında iştirak etməyənlərdən də ödəniş tələb olunmayacaq”.

DİM rəsmisi ödəniş tələb olunmayan güzəşt kateqoriyalarının olduğunu da qeyd edib:

“Azərbaycan Respublikası ərazi bütövlüyü ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər, şəhid ailələri, valideyn himayəsindən məhrum olmuş şəxslər, məcburi köçkün statusu olan şəxslər və I və II dərəcəli əlilliyi müəyyən olunmuş şəxslər güzəşt kateqoriyasına aiddirlər.

Şəxsdə bu 5 kateqoriyadan hər hansısa biri barədə sənəd olmalıdır. Bu status sistemdə varsa, birbaşa görünəcək. Əgər bu məlumat gəlmirsə, müvafiq quruma müraciət edilməlidir”.\\sfera