Kommunal xərclərin artımı fonunda sosial həssas qruplar üçün tətbiq olunan limitlərin ləğvi məsələsi yenidən gündəmə gəlib. Maraqlıdır, sosial həssas qruplar üçün kommunal limitlərin ləğvi mümkün ola bilərmi?
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov KONKRET.az-a açıqlamasında bildirib ki, bu qərarın verilməsi birbaşa Prezidentin səlahiyyətinə daxildir:
“Bu məsələ Prezidentin səlahiyyətindədir. Əvvəlcədən nəsə demək mümkün deyil. Ola bilər ki, amnistiya kimi, sosial həssas qruplara kommunal xidmətlərdə də güzəştlər tətbiq olunsun. Yenə də qeyd edirəm, bu Prezidentin qərarından asılıdır. Ola da, olmaya da bilər”.
Ekspertin sözlərinə görə, belə bir addım atılacağı təqdirdə, sosial həssas təbəqələrin kommunal xərclərinin azalmasına və onların maddi yükünün yüngülləşdirilməsinə xidmət edə bilər.
Hazırda isə məsələ ilə bağlı rəsmi qərar və ya konkret mexanizm açıqlanmayıb.














