Bu şəxslər tibbi maska ​​TAXA BİLMƏZbackend

Bu şəxslər tibbi maska ​​TAXA BİLMƏZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) olanlar tibbi maska taxmaq tövsiyə olunmayan yeganə insanlardır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə tibb elmləri namizədi, ali kateqoriyalı həkim Vladimir Zaytsev bildirib.

Onun sözlərinə əsasən, ağciyər xəstəlikləri olanlarda maskalar nəfəs almaqda çətinlik yarada bildiyi üçün təhlükəlidir. Xüsusən də bu, yenidən istifadə edilə bilən maskalara aiddir.

“Bu, bronxospazmı, yüngül dərəcədə asfiksiyası, boğulması olan insanlardır. Bir sözlə, adi vaxtda da nəfəs almaqda çətinlik çəkən xəstələrdir”, – deyə həkim ağciyərlərin xroniki obstruktiv xəstəliyi olanlar haqqında danışarkən qeyd edib.

Zaytsev AXOX xəstəliyindən əziyyət çəkən insanlara sərt şəkildə izolyasiya rejiminə riayət etməyi tövsiyə edib.

Qeyd edək ki, ÜST-ün proqnozlarına əsasən, 2030-cu ilədək AXOX dünyada üçüncü əsas ölüm səbəbi olacaq.
BIG.AZ