Bu şəxslərə 22 min manatadək pul veriləcək – SİYAHIbackend

Bu şəxslərə 22 min manatadək pul veriləcək – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) yeni ekran əsərləri ilə bağlı bir sıra kinostudiya şirkətləri ilə yeni müqavilələr bağlayıb.

NOCOMMENT.az xəbər verir ki, ARKA ilə ümumilikdə 5 studiya arasında 6 filmlə bağlı müqavilələr imzalanıb.

Agentlik “Molla Nəsrəddin” və “Əbədi xatirə (Qu sədaqəti)” qısametrajlı animasiya filminin post-prodakşn işlərinin tamamlanması və film üzrə hüquqların qismən satınalınması ilə bağlı “Birlik Kinostudiyası” ilə müqavilə bağlayıb. Müqavilənin dəyəri isə 21 630 manat müəyyənləşib. Məlumat üçün bildirək ki, bu studiyanın rəhbəri tanınmış kino rəssamı, animasiya rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi Firəngiz Qurbanovadır.

Bundan əlavə, Agentlik “Ad günü şamları” tammetrajlı sənədli filminin post-prodakşn işlərinin tamamlanması və film üzrə hüquqların qismən satınalınması ilə bağlı “Buta film” şirkəti ilə 17 325 manat dəyərində müqavilə bağlayıb. Bu studiyanın rəhbəri quruluşçu operator Tural Əhmədsoydur.

Eyni zamanda ARKA ilə “Chinar Film” studiyası arasında isə 14 753 manatlıq müqavilə imzalanıb. Bu müqavilədə “Açıq məktub” qısametrajlı bədii filminin post-prodakşn işlərinin tamamlanması və film üzrə hüquqların qismən satınalınması nəzərdə tutulur. Bu studiyanın rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor və prodüsser Türkan Hüseynovadır.

Agentlik “Nəsil yaddaşı” qısametrajlı sənədli filminin post-prodakşn işlərinin tamamlanması və film üzrə hüquqların qismən satınalınması işlərini isə “Kinobiz” stduiyasına həvalə edib və onunla 14 721 manat dəyərində müqavilə bağlayıb. Bu studiyanın rəhbəri isə rejissor, ssenarist Ramil Ələkbərovdur.

ARKA “Xatirələr sahilində” qısametrajlı sənədli filminin post-prodakşn işlərinin tamamlanması və film üzrə hüquqların qismən satınalınması ilə bağlı isə “Azernyumedia” şirkəti ilə müqavilə bağlayıb. Bu müqavilənin dəyəri isə 9 000 manat təşkil edir. Bu şirkətin rəhbəri isə rejissor, ssenarist və telejurnalist Kamran Qasımovdur.

©İqtisadiyyat.az