Bu şəxslərə birdəfəlik müavinətin verilməsi təsdiqləndibackend

Bu şəxslərə birdəfəlik müavinətin verilməsi təsdiqləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün birdəfəlik müavinətin təyin olunması şərtləri müəyyənləşir.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Milli Məclisdə müzakirəyə çıxarılan “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Dəyişikliklə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət, Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərə alınmaqla, işğaldan azad edilmiş ərazilərdə işləmək üçün azı 1 il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda təyin olunacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.