Bu şəxslərə hərbi xidmətdən möhlət veriləcəkbackend

Bu şəxslərə hərbi xidmətdən möhlət veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən möhlət veriləcək.

NOCOMMENT-in modern.az-a istinadən məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək.

Qanuna dəyişiklik üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.