Bu şəxslərə vaksin vurulmayacaqbackend

Bu şəxslərə vaksin vurulmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaksinin kimə, necə vurulması vaksin istehsalçısının tövsiyələrindən asılıdır.

NOCOMMENT.az xəbər verir ki, bunu TƏBİB-in İdarəetmə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O qeyd edib ki, inoktivləşdirilmiş vaksinlərin əlavə təsiri yox dərəcəsindədir: “Vaksinin tərkibindəki vaksinə qarşı allergik təsirlər ola bilər. Bu, dünyada nəzərə alınan haldır. Vaksinasiyanın təkrar aparılması gələcəkdə məlum olacaq. Əgər vaksin vurulubsa, şəxsin haraya getməsindən asılı olmayaraq o immunizasiya olunmuş hesab olunur”.

Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev isə bildirib ki, koronavirusdan sağalan şəxsin yoluxmasından 4-5 ay keçibsə, onun vaksinasiya olunmasına ehtiyac yoxdur: “Bir çox ölkələrdə koronavirusa yoluxanlar vaksinasiya olunmurlar. Onların vaksinasiyası ikinci mərhələdə düşünülür”.

A.Allahverdiyev vurğulayıb ki, vaksinin immunigenliyini artırmaq üçün ona müxtəlif kimyəvi maddələr əlavə edilir: “Əgər əlavə fəsadlar baş verərsə, bu, əlavələr səbəbilə ola bilər. Vaksinə qarşı allergiya ola bilər, lakin bu, çox ciddi deyil. Çünki 3-cü fazadan sonra vaksinlər təsdiqlənir və istifadəyə verilir”.
Publika.az