Nazirlər Kabineti “Dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinə vəzifə maaşlarına verilən aylıq əlavə pul təminatının yuxarı həddinin məbləği”ni təsdiq edib.
NOCOMMENT.az redaktor.az-a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, gəmi qrupu üzrə ödənişin məbləği aşağıdakı kimi olacaq:
– Dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinin vəzifə maaşlarına aylıq əlavə pul təminatı faktiki iş günlərinə uyğun müəyyən ediləcək.
– Xəzərdənkənar hövzələrdə üzən ticarət donanmasının heyət üzvlərinin vəzifə maaşlarına aylıq əlavə pul təminatının məbləği cədvəldə nəzərdə tutulan məbləğlərə 1,5 əmsal tətbiq olunmaqla hesablanacaq.
Eyni zamanda 4 may 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin müəyyən edilməsi haqqında” qərarı ləğv edilib.