Bu şəxslərə verilən əlavə pul təminatının yuxarı həddi müəyyənləşdibackend

Bu şəxslərə verilən əlavə pul təminatının yuxarı həddi müəyyənləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti “Dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinə vəzifə maaşlarına verilən aylıq əlavə pul təminatının yuxarı həddinin məbləği”ni təsdiq edib.

NOCOMMENT.az redaktor.az-a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, gəmi qrupu üzrə ödənişin məbləği aşağıdakı kimi olacaq:

– Dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinin vəzifə maaşlarına aylıq əlavə pul təminatı faktiki iş günlərinə uyğun müəyyən ediləcək.

– Xəzərdənkənar hövzələrdə üzən ticarət donanmasının heyət üzvlərinin vəzifə maaşlarına aylıq əlavə pul təminatının məbləği cədvəldə nəzərdə tutulan məbləğlərə 1,5 əmsal tətbiq olunmaqla hesablanacaq.

Eyni zamanda 4 may 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin müəyyən edilməsi haqqında” qərarı ləğv edilib.