Bu şəxslərə “WhatsApp”, “WeChat” və “Google Drive”-dan istifadə etmək qadağan olundubackend

Bu şəxslərə “WhatsApp”, “WeChat” və “Google Drive”-dan istifadə etmək qadağan olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Honq Konq hakimiyyəti mümkün kibertəhlükəsizlik təhdidlərinin qarşısını almaq üçün əksər dövlət işçilərinə “WhatsApp”, “WeChat” və “Google Drive”-dan iş kompüterlərində istifadə etməyi qadağan edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə South China Morning Post (SCMP) məlumat yayıb.

Qadağaya baxmayaraq, məmurlar bu xidmətlərdən şəxsi cihazlarda, o cümlədən iş tapşırıqları üçün istifadə edə biləcəklər. Bundan əlavə, bəzi dövlət qulluqçuları üçün istisnalar nəzərdə tutulur. Bəzi şirkətlər məlumat sızması risklərinin artması səbəbindən artıq belə tədbirlər görüblər.

Honq-Konqun İnnovasiyalar və Texnologiyalar üzrə katibi San Donq kibertəhlükələrin artdığını əsas gətirərək qadağanın zəruriliyini vurğulayıb. ABŞ və Çin səlahiyyətliləri də sistemlərini qorumaq üçün ciddi tədbirlər görüblər.

Anonim hökumət mənbəsinə görə, bulud xidmətlərindən çox vaxt böyük faylları xarici qurumlarla paylaşmaq üçün istifadə olunur. Siyasət təhlükəsizlik tədbirlərinin şifrələnmiş mesajlar və zərərli bağlantılar vasitəsilə yan keçməsinin qarşısını almağa yönəlib.