Bu şəxslərin əməkhaqları artırıla bilər – Nazirbackend

Bu şəxslərin əməkhaqları artırıla bilər – Nazir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizim niyyətimiz hansısa müəllimin maaşını kəsmək deyil. Müəllimin təhsili orta ixtisas təhsilidirsə, ona uyğun əməkhaqqı alacaq”.

NOCOMMENT Globalinfo-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, tərbiyəçi müəllimlərin əməkhaqlarının diplomlara uyğunlaşdırılması həyata keçirilir:

“İxtisasartırma və yenidən hazırlanmaq nəzərə alınmaqla əməkhaqqı artımına baxıla bilər”.

Nazir bildirib ki, qanunvericiliyə dəyişiklik təsdiqlənsə, bağçalarda çalışan 17 mindən çox pedoqoji heyətin sertifikasiyadan keçməsi nəzərdə tutulur.