Bu şəxslərin əməkhaqqıları 30 faizdən çox artırılacaqbackend

Bu şəxslərin əməkhaqqıları 30 faizdən çox artırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər sosial şəbəkələrdə və bəzi KİV-lərdə müəllimlərin maaşlarının 2024-cü ildə nə qədər artırılacağı müzakirə olunur. Bildirməliyik ki, 2024-cü ildə təhsilə ayrılan vəsaitlərin həcmində artımlar nəzərdə tutulub. Bu il təhsil sektoruna ayrılan vəsaitin məbləği əvvəlki il ilə müqayisədə 142.8 milyon manat artılaraq 4 milyard 549 milyon manata çatdırılıb. Bu vəsaitin 2 milyard 372 milyon manat məbləği birbaşa ümumtəhsil xərcləridir. Əmək haqqı artımları baxımından digər mühim məqam bu il büdcədən 93.6 milyon manatın ayrılmasının nəzərdə tutulmasıdır. Lakin artımların sertifikasiya nəticələrinə, yoxsa ümumi prinsiplərə əsaslanması əsas müzakirə olunan məsələlərdəndir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə danışan təhsil eksperti Kamran Əsədov Referans.az-a bildirib ki, hazırda Azərbaycanda 4432 orta ümumtəhsil məktəbində 150 min müəllim çalışır və son 10 il ərzində müəllimlərim əməkhaqlarında ciddi artım müşahidə olunur:

“2014-cü ildən 2024-cü ilə qədər müəllimlərin maaşları 164 manatdan 190 manata qədər artırılıb. Hazırda Azərbaycanda əməkhaqqı 2000 manatdan çox olan 960-a yaxın müəllimlər var. Etiraf etmək lazımdır ki, heç də bütün müəllimlərə eyni səviyyədə əməkhaqqının artımının şamil edilməsi ədalətli deyil. Yəni bəzən peşəkar və öz vəzifə öhdəliklərini daha yaxşı yerinə yetirən müəllimlər daha yüksək əməkhaqqına layiqdir. Əməkhaqqı artımları bir neçə formatda həyata keçirilir, hazırda yalnız sertifikasiyadan keçən müəllimlərin maaşları artırılacaq, amma digərlərinin də əməkhaqları sertifikasiyadan keçdikdə artırılacaq. Sertifikasiya imtahanları müəllimlərin bilik və bacarıqlarının dövlətin müəyyən etdiyi standartlara uyğun olduğunu yoxlamaq üçün çox vacib bir imtahandır”.

Ekspert qeyd edib ki, 2024-cü ildə təhsilə ayrılan vəsaitin həcminin artırılması digər müəllimlərin də əməkhaqlarının artırılmasına şərait yaradacaq. Onun sözlərinə görə, sertifikasiyadan keçən müəllimlər, yəni 50 baldan yuxarı toplayanlar əməkhaqlarına 35 faiz artım alırlar: “50 baldan aşağı toplayanlar isə 10 faiz əlavələr alırlar. Eyni zamanda bizim məktəblərdə şagird sayına görə məktəb direktorları da əməkhaqlarında ciddi artımlar ala bilirlər. Hətta şagird sayı 2000 mindən çox olan məktəb direktorları öz maaşlarına, yəni 960 manatlıq direktorun vəzifə maaşına əlavə 2000 manatdan da çox vəsait ala bilirlər”.

Kamran Əsədov hesab edir ki, sertifikasiya imtahanı olmayan fənnlərin müəllimlərinin də əməkhaqları artırılmalıdır, çünki bu onların fəaliyyəti və ya birbaşa işiylə bağlı olan məsələ deyil. Necə ola bilər ki, eyni dərs saatını, yəni 18 saat dərs deyən müəllimin biri sertifikasiya imtahanından keçib daha yüksək əməkhaqqı alır, digəri isə ondan asılı olmayan səbəbdən sertifikasiya imtahanında hələ də iştirak etmir, çünki o fənnlər üzrə sertifikasiya imtahanları olmayıb və onların əməkhaqları artmayıb.

“Bu gün Azərbaycan müəllimləri ən yüksək əməkhaqqına layiq olan şəxslərdir. Onların sosial vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirməliyik, onlara dövlət qulluqçusu statusu belə verməliyik. Bu məsələlərdən biri də əməkhaqqının artırılmasıdır və yaxud da ictimai nəqliyyatdan ödənişsiz istifadə etmək və kommunal xərclərdən azad edilməkdir. Buna görə də biz müəllimlərin sertifikasiya imtahanının cavabını gözləmədən onların əməkhaqlarını artırmalıyıq”, – deyə Kamran Əsədov əlavə edib.

Millət Vəkili Vüqar Bayramov bildirir ki, bu il büdcədən əməkhaqqılarla bağlı 93.6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub və bu vəsaitin 71 milyon manatı sertifikasiya, 22.6 milyon manat məktəb direktor və müavinlərinin maaşlarına əlavələrə yönəldiləcək:”Bu isə o deməkdir ki, sertifikasiyada uğur qazanan müəllimlərin əmək haqqlarında artımlar olacaq. 2024-cü ildə 30 min müəllimin sertifikasiya imtahanlarında iştirakı nəzərdə tutulur. Mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqısı 10.0, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35.0 faz artır. Diferensial sistemin dəyişdirilməsinə və əmək haqqı artımlarının müasir qiymətləndirmə sistemlərinə uyğunlaşdırılmasına ehtiyac var”.

Deputat hesab edir ki, ümumi sualların 80 faizindən çoxunu doğru cavablandırmış, yəni 48 bal toplamış müəllimlərimizin də əmək haqqlarının 35 faiz artırılmasının maliyyə tutumu hesablansın və buna uyğun olaraq müvafiq qaydalara dəyişiklik edilsin.