Bu şəxslərin sosial təminatına xüsusi əhəmiyyət veriləcəkbackend

Bu şəxslərin sosial təminatına xüsusi əhəmiyyət veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ənənəvi olaraq büdcənin sosialyönümlülüyü təmin ediləcək. Bu əsasda, əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması əsas prioritet xərc istiqamətlərindən olacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb.

Sənəddə qeyd edilib ki, əhalinin, xüsusilə də həssas qrupların, müharibə veteranlarının, əlilllərin və şəhid ailələrinin sosial təminatı üzrə həyata keçirilən dövlət siyasətinin maliyyələşdirilməsinə xüsusi əhəmiyyət veriləcək.

Ortamüddətli dövr ərzində büdcə gəlirlərinin artırılması nəticəsində cəlb ediləcək əlavə vəsaitlərin mühüm qismi əhalinin sosial rifahının yaxşılaşdırlmasına, yardıma ehtiyacı olan vətəndaşlara hədəflənmiş sosial proqramların həyata keçirilməsinə yönəldiləcək.

Eyni zamanda özünüməşğulluq proqramı çərçivəsində əhalinin həssas qruplarından olan işsiz şəxslərin məşğulluğa və kiçik biznesə çıxışına şərait yaradılmasına dəstək verilməsi davam etdiriləcək.