Bu sığorta haqları niyə ucuzlaşdı? – ŞƏRHbackend

Bu sığorta haqları niyə ucuzlaşdı? – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sığortalanma kənd təsərrüfatının inkişafına bir dəstəkdir. Öz biznesini sığortalayan fermer hansısa hadisə ilə qarşılaşanda sıradan çıxmır. Sığorta vasitəsi ilə kapitalını bərpa edib, fəaliyyətini davam edir. Bu baxımdan sığorta önəmlidir”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Valyuta.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli heyvandarlıq sahəsində sığorta haqlarının aşağı salınmasının səbəbləri haqqında danışarkən deyib.

Akif Nəsirli bildirib ki, sığorta tariflərinin azaldılması sığorta bazarını canlandırmaq üçün təşviqedici addımlardan biridir. Bunun üçün də əvvəldən təbliğat aparmalı, sığorta niyə lazımdır, onları nədən qoruyar və s məsələlərdə kəndliləri, fermerləri maarifləndirməliyik:

“Qısa zamanda sığorta bazarının inkişaf etdirilməsi, genişləndirilməsi mümkün deyil. Onun üçün təbliğat-təşviqat işləri aparılmalı, daha çox güzəştlər edilməlidir. Bunlarla yanaşı bu sahədə irəliləyiş əldə etmək üçün zamana ehtiyac var”.

Ekspert deyir ki, bütün bölgələrdən fermerləri sığortaya cəlb etmək lazımdır:

“Bundan əlavə bir hadisə baş verəndə həmin fermerin bu sığorta vasitəsi ilə zərərinin qarşılandığının digər fermerlər şahidi olmalıdır.

Məsələn, bir sığorta şirkəti fermerə dəyən zərəri ödəyibsə, onun ətrafında olan fermerlər də bu şirkətə, sığortaya inanıb öz mal-qarasını sığorta edəcək. Hər bir fermərə çatmalıdır ki, sığorta hadisəsi nədir və onu nədən qoruyur.