Bu silahlardan ancaq onlar istifadə edir… – Krokus terrorunda erməni izibackend

Bu silahlardan ancaq onlar istifadə edir… – Krokus terrorunda erməni izi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“VOMA (Voxj Mnalu Arvest – “Sağ qalmaq sənəti”) terror təşkilatıdır. Ermənistanda yaradılıb. Təlimçilər bilirsiniz hansı silah üzrə hazırlayıblar terrorçu erməniləri? Moskvada “Krokus Siti Holl”da insanlara atəş açanların istifadə etdiyi 7,62 mm-lik “Vepr” və 10,25 mm kalibrli “Sayqa” karabinləri ilə”.

NOCOMMENT.az publika.az-a istinadən xəbər verir ki, bunu tarixçi alim Zaur Əliyev bildirib.

O xatırladıb ki, indi bu silahlardan ermənilərin VOMA-sından başqa heç bir terror təşkilatı istifadə etmir.

“İndi düşünün Moskvada terrorda kimin əli ola bilər?”, – deyə alim qeyd edib.

Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar.