Bu simptom Omikronun əlaməti ola bilər – Əhalinin NƏZƏRİNƏbackend

Bu simptom Omikronun əlaməti ola bilər – Əhalinin NƏZƏRİNƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Artıq omikron ştamı yayılmağa başlayıb, deltadan fərqli olaraq daha sürətlə yayılır və inkubasiya dövrü daha qısadır (72saata qədər)”.

NOCOMMENT.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında həkim mütəxəssis Könül İsmayılova deyib.

O bildirib ki, Delta ştamı ilə müqayisədə Omikronla yoluxma zamanı ağır klinik gedişat xeyli dərəcədə aşağıdır:

“Klinik somptomatika adi qrip simptomları ilə çox oxşardır. Ən çox zökəm əlamətləri ilə yanaşı olaraq baş ağrıları və halsızlıq simptomlarına rast gəlinir. Çox sürətlə yayılma tezliyi və qısa inkubasion perioda görə təbii olaraq, əhalinin daha çox hissəsinin yoluxması ehtimalından qənaətlənərək xəstəlik hallarının arta biləcəyini güman etmək olar.

Lakin, bunu qabaqcadan qəti şəkildə söyləmək mümkün deyil, çünki, hazırda olan elmi araşdırmaların nəticəsinə əsasən, Delta ştamı ilə müqayisədə Omikronla yoluxma zamanı ağır klinik gedişat və hospitalizasiya halları xeyli dərəcədə aşağıdır.

Qorunma yolları olduğu kimi qalır: daima aktual olan maskaların istifadəsi, əl gigiyenası, spirt əsaslı dezinfektantların istifadəsi, məsafə saxlamaq, izdihamlı mühitlərdə az olmaq, ən əsası isə vaksinasiya, eynilə də buster dozanın qəbul edilməsi yenə də prioritet təşkil edir”.