Fransanın milli hava yolu şirkəti “Air France” Nigerin paytaxtı Niameyə uçuşları dayandırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib ki, Nigerdəki xuntanın hava məkanını bağladığını elan etdikdən sonra bu ölkəyə uçuşlar ikinci bir bildirişə qədər bağlı qalacaq.
Avqustun 11-dək Mali və Burkina Fasoya birləşdirən uçuşların da dayandırıldığı qeyd olunub.
Açıqlamada, son hadisələrə görə Sahel bölgəsindəki digər birləşdirici uçuşların müddətinin uzadıla biləcəyi vurğulanıb.
Bildirilir ki, şirkət Afrikaya uçuşlarını yenidən qurmağa hazırlaşır.