Bu şirkət rəhbərinin xeyli miqdarda borcu yarandıbackend

Bu şirkət rəhbərinin xeyli miqdarda borcu yarandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kral” Şirkətlər Qrupunun xeyli miqdarda vergi borcu olduğu müəyyən edilib.

NOCOMMENT.az Teleqraf-a istinadla xəbər verir ki, hazırda “Kral Group”un dövlətə 48561 AZN vergi borcu yaranıb.

Qeyd edək ki, şirkətin rəhbəri tanınmış iş adamı Rövşən Tağıyevdir. O, 2024-cü ildə Parlament seçkilərində 18 saylı Nərimanov-Nizami-Binəqədi Seçki Dairəsindən deputatlığa namizəd olmuş, həmin dairədən millət vəkili seçilən Rasim Musabəyova məğlub olmuşdu.

Rövşən Tağıyev 2010-cu ildə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. O, tərkibində müxtəlif istiqamətli şirkətlərin fəaliyyət göstərdiyi “Kral Group”un təsisçisidir.