Bu şirkətin 12,3 milyon manatdan çox vergi borcu yığılıbbackend

Bu şirkətin 12,3 milyon manatdan çox vergi borcu yığılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Svit Haus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu yığılıb.

NOCOMMENT.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, şirkətin hazırda vergi borcu 12 374 228,51 manat təşkil edir.

Şirkətin bu qədər vergi borcunun yaranması təəccüb doğurur.

Nəzərə alaq ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

Xatırladaq ki, “Svit Haus” MMC-nin adı mətbuatda qalmaqallarla yadda qalıb. Şirkət çoxmərtəbəli yaşayış binaların tikintisi ilə məşğul olur. “Svit Haus” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 17790 manat olan şirkətin qanuni təmsilçisi İmdad Dursunovdur.