Bu şirkətlər GS1 beynəlxalq təşkilatının standartlarına uyğun olaraq 2027-ci ilin sonuna qədər QR kodlarının sənayeyə qlobal tətbiqini dəstəkləyibbackend

Bu şirkətlər GS1 beynəlxalq təşkilatının standartlarına uyğun olaraq 2027-ci ilin sonuna qədər QR kodlarının sənayeyə qlobal tətbiqini dəstəkləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin “Alibaba”, Fransanın “Carrefour”, Amerikanın “Procter & Gamble Co. (P&G)” və daha bir sıra iri istehlak sektoru şirkətləri GS1 beynəlxalq təşkilatının standartlarına uyğun olaraq 2027-ci ilin sonuna qədər QR kodlarının sənayeyə qlobal tətbiqini dəstəkləyib.

NOCOMMENT.az BBC-ə  istinadla xəbər verir ki, belə QR kodların köməyi ilə istehlakçılar məhsullar haqqında ətraflı məlumat, o cümlədən istifadə və utilizasiya təlimatları, enerji dəyəri, sənaye sertifikatları və təhlükəsizlik haqqında məlumatları əldə edə bilərlər.

QR kodlar həmçinin son istifadə tarixlərini yoxlamağa, müddət bitdiyi təqdirdə kassada malın satışını bloklamağa, yaxınlaşdığı təqdirdə isə endirimli qiymətə satmağa imkan verir.

GS1-in rəhbəri Reno de Barbüa belə kodların tətbiqini “ikinci barkod inqilabının başlanğıcı” adlandırıb. GS1 tərəfindən standartlaşdırılan ilk barkodlu məhsul 50 il əvvəl satılıb. Bu gün onlar gündə 10 milyard dəfədən çox skan edilir.