Bu şirkətlərin qeydiyyatından imtina edildi – Nöqsanlar varbackend

Bu şirkətlərin qeydiyyatından imtina edildiNöqsanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən qida məhsulları sahəsində fəaliyyət göstərən 25 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən NOCOMMENT.az-a verilən məlumata görə, 8 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

S/S Subyektin adı Fəaliyyət istiqaməti İmtina səbəbi
1 “NEMƏTOĞLU AQRO”

Məhdud Məsuliyyətli Cəmiyyəti

İstehsal Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.
2 Omarlı Şükür Şəfi oğlu İstehsal Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.
3 “COURABİER”

Məhdud Məsuliyyətli Cəmiyyəti

İstehsal Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.
4 Ramazanov Asəf Əli oğlu İstehsal Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.
5 Babayeva Vüsalə Məmmədəli qızı İstehsal Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.
6 “EVRAZ TRADE GROUP”

Məhdud Məsuliyyətli Cəmiyyəti

Emal Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.
7 Qafarov Rəhman Mehman oğlu İstehsal Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.
8 Namazov Ramiz Məhəmməd oğlu Emal Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.