“Bu stansiyaya “Odlar Yurdu” adı verilə bilər” – AÇIQLAMAbackend

“Bu stansiyaya “Odlar Yurdu” adı verilə bilər” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planına əsasən Bakı şəhərində və digər böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə və metro stansiyalarına yeni adların verilməsi nəzərdə tutulur. 

Maraqlıdır, sözügedən yerlərdən, xüsusən də metro stansiyalarından hansıların adlarının dəyişdirilməsi gözlənilir?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, burada bir neçə məqam var. Onun sözlərinə görə, bunlardan biri küçə və prospektlərin adı ilə yanaşı yaşayış məntəqələrinin adı ilə bağlıdır:


“Həmin yaşayış məntəqələrinin 1200-ə yaxını ənənəvi olaraq sovet illərində dəyişdirilmiş bölgə adlarıdır. İşğaldan azad edilmiş ərazilər üzrə bu siyahını daha da genişləndirmək olar. Kəndin 200 ailəsindən 15-i ermənilərdən ibarət olubsa, adını erməniləşdiriblər. Bu kimi hadisələr daha da qabardılmalıdır”.

A.Əsədov qeyd edib ki, “Bakmil”, “Ulduz”, “Xalqlar dostluğu” və “İnşaatçılar” stansiyalarının adları artıq dövrümüzlə uzlaşmır.

O təklif etdi ki, adlar milli dəyərlər fonunda dəyişdirilsin:

“Şəhid, milli qəhrəman, aktyor və elm xadimlərinin adları ümumiləşdirilmiş adları təzahür edə bilər, amma ümumi xalqı xarakterizə etməsi daha yaxşı olar. Məsələn, “Xalqlar dostluğu” stansiyasına “Odlar Yurdu” adı vermək olar. Ad milliyyətin milli xüsusiyyətini əks etdirməlidir. Hər hansısa Azərbaycanı tanımayan xarici vətəndaş ölkəyə gələndə artıq xalqın strukturunu bilməlidir. Bundan başqa, hansısa türksoylu xalqların adlarını əbədiləşdirmək üçün stansiyalara verilə bilər. Məsələn, “Qaquazlar” və “Sibir” adları istifadə oluna bilər. Biz türk toponimindən gəlmişiksə, genofonda hesablanmış addımlar atmalıyıq”.\\Sfera.az