Bu sürücülər 40 manat cərimə olunacaq? – RƏSMİbackend

Bu sürücülər 40 manat cərimə olunacaq? – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən Bakının bir çox küçələrində avtobuslar üçün xüsusi zolaqlar çəkilir.

Minik və ya yük avtomobillərinin sürücüləri bu zolağa daxil olarsa, hansı cəzalarla üzləşə bilərlər.
NOCOMMENT.azxəbər verir ki, mövzu ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev açıqlamasında dedi ki, zolaqlar üzrə müvafiq yol nişanı qoyulduqdan sonra artıq onun tələbi qüvvəyə minmiş hesab olunur və belə sürücülərə cərimə yazılacaq:
“Bu baxımdan həmin avtomobillərin sürücüləri diqqətli olmalıdır, çünki bu zolaqda digər nəqliyyat vasitələrinin hərəkəti qadağandır”.
Qurum rəsmisi zolaqdan yalnız operativ nəqliyyat vasitələrinin istifadəsinə icazə verildiyini bildirib:
“Digər nəqliyyat vasitələrinin zolaq boyunca hərəkəti inzibati məsuliyyət yaradır və 40 manat cərimə sanksiyası tətbiq olunur”.
Qeyd edək ki, bu məsələ Azərbaycan Respublikası Yol Hərəkəti Haqqında Qanunla tənzimlənir.
Bizim.Media