Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcəkbackend

Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslərin siyahısı genişləndirilir.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişikliklər təklif olunub.

Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslər sırasına işğaldan azad edilən ərazilərdə məskunlaşan və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslər də daxil edilir.

Qüvvədə olan qanunvericiliyə əsasən işğaldan azad edilən ərazilərdə məskunlaşması nəzərdə tutulan əhaliyə münasibətdə peşə təhsili üzrə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinə dair hər hansı normativ tənzimləmə mövcud deyil.

Qeyd olunub ki, layihənin qəbulu nəticəsində işğaldan azad edilmiş ərazilərində məskunlaşmış Azərbaycan vətəndaşlarının təhsil haqlarının dövlət büdcəsi hesabına maliyyələşdirilməsini təmin edən hüquqi mexanizm formalaşdırılmış olacaq.\\Sfera.az