“Bu təqdirdə kirayə mənzil bazarında qiymətlər enər”- AÇIQLAMAbackend

“Bu təqdirdə kirayə mənzil bazarında qiymətlər enər”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kirayə mənzil bazarında qiymətlərin artmasında tələbələrin təsiri çoxdur.

Bununla bağlı NOCOMMENT.az-a iqtisadçı Natiq Cəfərli danışıb.

Natiq Cəfərli

“Azərbaycan, təəsüf ki, başqa ölkələrdən fərqli olaraq, universitetlərin kampus sisteminin ən zəif inkişaf etdiyi ölkələrdən biridir.

Bir çox universitetlərin kampus və yataqxanaları yoxdur. Azsaylı universitetlərdə belə şəraitlər var. Bu səbəblərdən tələbələr Bakıya gəldikdə kirayə mənzillər axtarırlar”.

 

Əvvəllər tələbələr üçün kirayə mənzil bazarında Alatava, “Sovetski”, “Kubinka” kimi yerlərdə olan ucuz evlər daha çox rol oynayırdı.

Bu ərazilərdə söküntü işləri gedir və həmin köhnə evlər sökülür və yerində yeni tikililər inşa edilir. Yeni tikililərdə isə qiymət əvvəlki ilə müqayisədə çox bahadır.


İqtisadçı qeyd edir ki, yaxın zamanlarda Bakı şəhərində kirayə mənzillərdə qiymətlərin aşağı düşməsi üçün regionlara əks köç başlamalıdır.

Bütün iqtisadi fürsətlər Bakı şəhərində toplanıb deyə, yalnız tələbələr deyil, regionlarda yaşayan şəxslər də iş üçün Bakıya üz tuturlar.

Bunun əks istiqamətə yönəlməsi üçün, regionlarda iqtisadi fəaliyyətin gücləndirilməsinə ehtiyac var.


“İşğaldan azad olunmuş torpaqlarda insanların məskunlaşdırılması sürətlənməlidir ki, Bakıya iş üçün üz tutan insanların da sayı azalsın.

“Bakı şəhərinə gələn insanların sayı azalarsa, kirayə mənzil bazarında da qiymətlər enər”.

 Aişə Əbdülova