Bu toydur, toyda nə edərlər? – Namaz, yoxsa rəqs?backend

Bu toydur, toyda nə edərlər? – Namaz, yoxsa rəqs?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərinin böyük şadlıq saraylarından birində toy iştirakçıları zalın ortasında camaat namazı qılıblar. Bu barədə video sosial şəbəkədə yayılıb. Kişilərin bir hissəsi ayaqqabılarını soyunub, imamın arxasına düzülərək, namaza başlayıb.

Bəs bu nədərəcədə düzgündür? İçki məclisində namaz mərasimi vacib idi?

NOCOMMENT.az xəbər verir ki, Hit.az-ın sualını ilahiyyatçı, hacı Vilayət Dadaşov cavablandırıb.

“Əgər toyda namaz qılmaq üçün ayrıca otaqlar təşkil olunubsa, namaz orada qılınmalıdır. Toyda iştirak edənlərin böyük əksəriyyəti kişidir və dindardırsa, hamısı namaz qılandırsa, birlikdə namaz qılmalarında pis heç nə yoxdur. Amma o məclisə spirtli içkilər içilir, bir tərəfdə rəqqasələr oynayırsa, namaz kimisə narahat edirsə, bunu doğru hesab eləmirəm. İbadət gözə soxula-soxula edilmir, bəndə ilə Allah arasındakı söhbətdir namaz. İbadəti elə eləmək lazımdır ki, müsəlman olmayanlar da həvəslənsinlər, sənin yolunla gəlsinlər. Müsəlman olmaq namazla, orucla deyil, əməllə göstərilməlidir”, deyə o qeyd edib.

Toyda iştirak etmiş AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, İlahiyyat İnstitutunun dosenti Elvüsal Məmmədov isə bildirib ki, Azərbaycan müsəlman ölkəsi olduğu üçün bu hal ona qeyri-adi hal kimi görünmür.