Bütün murdarlıqlara baxmayaraq, baş troll Əli Həsənovu yadımdan çıxartmaq istəyirəmbackend

Bütün murdarlıqlara baxmayaraq, baş troll Əli Həsənovu yadımdan çıxartmaq istəyirəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əli Həsənov yenə siyasi arenaya qayıdıb öz çirkin əməllərini davam etdirmək istəyir…

“Allah şahiddir ki, mənə etdikləri bütün murdarlıqlara baxmayaraq, nə qədər çətin olsa da, vəzifəsindən azad olunduqdan sonra baş troll Əli Həsənovu yadımdan çıxartmaq istəyirəm. Ancaq düz deyirlər, abır-həya insanda ya olur, ya da olmur. Başqası heç olmasa, ifşa olunduqdan sonra etdikləri murdarlıqlardan əl çəkər. Bu isə ipə-sapa yatmır”.

NOCOMMENT-in xəbərinə görə, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov qeyd edib ki, Əli Həsənov yenə siyasi arenaya qayıdıb öz çirkin əməllərini davam etdirmək istəyir: “Bunun üçün də öz yetirmələrini üstümə salır. Bunları məhkəməyə verəndə də həyasızcasına şüvən qaldırırlar ki, söz azadlığını boğurlar. Sanki tək söz azadlığını deyil, ədəb-ərkanı, adi davranış qaydalarını, mədəniyyətimizi də bunlar murdarladılar. Müraciəti, mübahisəni, debatı söyüşlə əvəzlədilər”.

Pravda.az