Rusiyada yerləşən Şimali Koreya qoşunları Ukrayna ilə döyüşlərdə iştirak edərlərsə, onlar qanuni hədəfə çevriləcəklər.
NOCOMMENT.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi bəyan edib.
Rusiya tərəfi isə bildirib ki, NATO bu cür məlumatları yaymaqla öz qoşunlarını Ukraynaya göndərmək üçün bəhanə əldə etmək niyyətindədir. Belarus prezidenti Aleksandr Lukaşenko da dünən analoji fikir bildirib.
Bir çox Qərb analitikləri isə düşünürlər ki, Şimali Koreya öz qoşunlarını cəbhəyə göndərmək qərarına gələrsə, Rusiya-Ukrayna müharibəsi üçüncü dünya müharibəsinə çevrilə bilər.