Bu universitetin əməkdaşlarının maaşı artırıldıbackend

Bu universitetin əməkdaşlarının maaşı artırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Tibb Universitetində çalışan professor-müəllim, tədris-köməkçi, mühəndis-texniki heyətin və inzibati-təsərrüfat işçilərinin vəzifə maaşları 2023-cü il yanvarın 1-dən orta hesabla 20%, onlara verilən əlavə əmək haqqı isə 10% artırılacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ATU-nun Böyük Elmi Şurasının iclasında qərar qəbul olunub.

Rektor Gəray Gəraybəyli bu artımın son illərdə universitetə qəbul edilən xarici tələbələrin sayının çoxalması sayəsində mümkün olduğunu bildirib.