Bu uşaqların hesabına 5 min manat köçürüləcəkbackend

Bu uşaqların hesabına 5 min manat köçürüləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

YAŞAT Fondu Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün yeni layihəyə başlayır.

Bu barədə NOCOMMENT-ə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Layihə çərçivəsində şəhidlərimizin yeni doğulacaq körpələrinin analarına zəruri xərclərin qarşılanması məqsədilə 1 000 manat pul müavinəti təqdim olunacaq. Şəhidimizin yeni doğulacaq övladının adına isə bankda depozit hesabı açılacaq və həmin hesaba Fonda edilən ianələr hesabına toplanmış məbləğdən 5 000 manat köçürüləcək. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən, bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.

Layihə çərçivəsində 4 fevral tarixində Sumqayıt şəhərində şəhidimiz Eldar Abdullayevin övladı Ahunun, Gəncə şəhərində isə şəhidimiz Elvin Mustafayevin övladı Elvinanın zəruri xərcləri üçün Fond tərəfindən 1 000 manat anaya təqdim olunub və dünyaya yeni göz açan körpələrin adına 5 000 manatlıq hesab açılacaq.