Bu xəstəxanada daha bir xəstə öldü – Bir həftədə iki hadisəbackend

Bu xəstəxanada daha bir xəstə öldü – Bir həftədə iki hadisə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilən 7 yaşlı oğlan ölüb.

NOCOMMENT.az Qafqazinfo-ya istinadən xəbər verir ki, fevralın 5-də rayon sakini, 2017-ci il təvəllüdlü Cəlilli Vasif Anar oğlu yaşadığı evdə aldığı xəsarətlərlə xəstəxanaya gətirilib. Tibb müəssisəsində əməliyyat edilən uşaq fevralın 7-də saat 22:30 radələrində vəfat edib.

Bildirilib ki, vəfat edən azyaşlı anadangəlmə epilepsiya xəstəsi olub. O, evdə ehtiyatsızlıqdan yıxılaraq başından xəsarət alıbmış.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Göyçay Rayon Mərkəzi Xəstəxanasında ayaq barmağından əməliyyat edilən xəstəxananın texniki də vəfat etmişdi.