Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” ilə bağlı qərarında dəişiklik edib.
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, ölkəyə idxal olunan reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və digər yanacaq növləri bu ilin sonuna qədər (daha 1 il) 15 %-lik gömrük rüsumundan azad edilib.













