Bu yaşayış binalarının yaxınlığında ağacların kəsilməsi faktı təsdiqləndibackend

Bu yaşayış binalarının yaxınlığında ağacların kəsilməsi faktı təsdiqləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 26 və 26A nömrəli yaşayış binalarının yaxınlığında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda müxtəlifcinsli 8 ağacın qanunsuz kəsildiyi və təbiətə 3990 manat məbləğində ziyan dəydiyi məlum olub.

Bu barədə NOCOMMENT.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

” Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.”

V.Cavadov onu da qeyd edib ki, kəsilən ağacların əvəzinə yeni ağacların əkilməsi və onlara aqrotexniki qulluq göstərilməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi Bələdiyyəsinə müraciət olunub.