Alimlər JAMA Cardiology dərgisində son elmi tədqiqatın nəticələrini dərc ediblər.
NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki, onlar 3-16 yaş arası 1500 uşağın sağlamlıq vəziyyətini illərlə yoxlayıb.
Fərdi olaraq bunlar qeydə alınıb:
– qidalanma
– fiziki aktivlik
– yuxu
– bədən kütləsi
– təzyiq
– siqaret, passiv siqaret
– zərərli vərdişlər
– Eləcə də qan dəyərləri
– Bu müddət ərzində iştirakçıların ildə bir dəfə ürəyi yoxlanılıb.
– Məlum olub ki, uşaqlarda ürək-damar sistemi artıq 10-12 yaşından bütün qruplarda artır. Əgər uşaq pis qidalanıb, az hərəkət edirsə, onun ürək-damar sistemi 10 yaşından yoxlanmalıdır.
Məhz 10 yaşdan sonra uşaqlar öz seçimi ilə fast-fud yeyir,küçədə qidalanır və məktəbdə vaxt keçirir.
Uşaqda artıq ürək-damar problemi olduğunu göstərən əlamətlər:
– fiziki iş, idman zamanı tez yorulur
– Oyun və qaçış zamanı həddən artıq çox təngnəfəslik, tənəffüsdə çətinlik
– Sinədə göynəmə hissi
– taxikardiya və ritm pozulması
– Ayaq və qarında şişkinlik
– Çox tərləmə
– Yuxu pozulması
Bu zaman uşağı kardioloji müayinə etdirin.