Bu yolda güclü işıq saçan monitor sürücülərə təhlükə yaradır – VİDEObackend

Bu yolda güclü işıq saçan monitor sürücülərə təhlükə yaradır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Qazax yolunda quraşdırılan monitor sürücülər üçün təhlükə yaradır.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, yolun Ucardan keçən hissəsindəki bu monitorun parlaq işığı diqqəti yayındırır və qəza riskini artırır. Sözügedən hissədə sürət həddi 90 km/saat təşkil edir ki, bu da yüksək sürətlə hərəkət zamanı görmə qabiliyyətinin azalmasına, daha təhlükəli vəziyyətin yaranmasına səbəb olur.

Sürücülər bildirirlər ki, ani işıq təsiri səbəbindən yolda qarşılaşdıqları hər hansı bir maneəni seçmək çətinləşir. Onlar monitorun işıq səviyyəsinin tənzimlənməsini və yol təhlükəsizliyinə uyğun tədbirlərin görülməsini istəyirlər.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumdan “Xəzər Xəbər”ə bildirilidi ki, qeyd edilən monitorla bağlı məsələ nəzarətə götürülüb və həll edilməsi ilə bağlı tapşırıq verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.