Bu yolda hərəkət məhdudlaşdırılacaqbackend

Bu yolda hərəkət məhdudlaşdırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Yasamal rayonu, keçmiş “Sovetski” kimi tanınan ərazidə yerləşən Mərkəzi Parkın tikinti layihəsinin II mərhələsinin tikintisi və parkətrafı küçələrin bir hissəsinin yenidən qurulması ilə əlaqədar olaraq 10 may tarixindən etibarən Mirzə Ağa Əliyev küçəsinin Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasında olan hissəsində hərəkət məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən NOCOMMENT-ə verilən məlumata görə, məhdudlaşma təmir-bərpa işləri bitənədək qüvvədə olacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.