Bu yolda piyada zolağının olmaması hərəkət iştirakçılarına təhlükə yaradır – VİDEObackend

Bu yolda piyada zolağının olmaması hərəkət iştirakçılarına təhlükə yaradır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonu, Mehdiabad-Pirşağı yolunun Mehdiabad qəsəbəsi ərazisində piyada keçidi üçün nişan var, lakin yerdə zolaq yoxdur. Bu isə sakinlərin hərəkəti üçün çətinlik yaradır.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlər deyirlər ki, ərazidə zolağın olmaması piyadalar üçün çətinlik yaradır.

Həmçinin burada tez-tez piyada ölümü ilə nəticələnən yol qəzaları baş verir.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, silinən nişanlanma xətlərinin yenilənməsi mərhələli qaydada həyata keçirilir. Sözügedən ərazidə də piyada keçidləri yenilənəcək. Hərəkət iştirakçıları ərazidə quraşdırılan yol nişanlarının tələblərinə riayət etməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.