Bakıda yolda drenaj barmaqlıqları avtomobillərə ziyan vurur.
NOCOMMENT.az xəbər verir ki, qaynar xəttə müraciət edən sakinlər bildiriblər ki, paytaxtın Səbail rayonu, Arif İsmayılov küçəsində asfalt qatının dağılması və oradakı drenaj barmaqlığının sabit qalmaması sürücülərə narahatlıq yaradır. Ərazidən keçəndə avtomobillərə ziyan dəyir.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər müvafiq qurumlara müraciət etdiklərini də bildirirlər. Lakin məsələ həllini tapmayıb.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Xəzər Xəbər”ə bildirildi ki, sözügedən ərazidə yağış barmaqlıqlarının ətrafının bərpası üçün aidiyyəti üzrə müraciət olunub. Yaxın günlərdə məsələ həll ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.










