Bu yollarda hərəkət qismən məhdudlaşdırılırbackend

Bu yollarda hərəkət qismən məhdudlaşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparılan təmir işləri ilə əlaqədar olaraq iyulun 11-12-də Bakının Ziya Bünyadov prospektinin “20 yanvar” metrosu istiqamətindən “3-cü mikrorayon” dairəsi üzərində yerləşən yol ötürücüsünə giriş, həmçinin Əbdulvahab Salamzadə küçəsindən “Xutor” dairəsi adlanan ərazidə yerləşən tunelə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən NOCOMMENT-ə verilən məlumata görə, alternativ olaraq sürücülər Ziya Bünyadov prospektinin, o cümlədən Əbdulvahab Salamzadə küçəsinin köməkçi yollarından, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov küçələrindən istifadə edə bilərlər.

“Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, – deyə qurum bəyan edib.