Bu yollarda postlar qurulacaqbackend

Bu yollarda postlar qurulacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tək Bakıda deyil, respublikamızın bütün ərazisində – 16 inzibati ərazi vahidində sərtləşmiş karantin rejimi dövründə hərəkət məhdudlaşdırılacaq. Bütövlükdə bu müddət ərzində gücləndirilmiş nəzarət-profilaktik tədbirləri ən yüksək səviyyəyə çatdırılacaq”.

NOCOMMENT xəbər verir ki, bunu “Real İntervyu”ya müsahibəsində DİN-in şöbə rəisi Elşad Hacıyev deyib.

E.Hacıyev sərtləşdirilmiş karantin rejimi dövründə qurulacaq postlardan da danışıb:

“Bakı-Şamaxı-Yevlax, Bakı-Qazax-Gürcüstan, Bakı-Sumqayıt, Bakı-Quba yolunda, eləcə də paytaxtda həm stasionar postlar, həm də qəfləti dəyişən – mobil postlar olacaq. Piyada naryadlarında polis və daxili qoşunların hərbi qulluqçuları xidmət aparacaqlar. Avtopatrullarda xidmət, yəni, post-patrul xidməti təşkil olunacaq. Əvvəlki təcrübə əsas götürülərək bu iş icra ediləcək”.

DİN rəsmisinin sözlərinə görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan şəxslər “icaze.e-gov.az” portalı və 8103 SMS-xidmətində, eləcə də E-təbib-də təsdiqlənmiş icazələr olduqda həmin şəxslərin öz avtomobilləri ilə hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.