Bu yollardan istifadə edən sürücülərə xəbərdarlıqbackend

Bu yollardan istifadə edən sürücülərə xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisindəki hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

NOCOMMENT.az xəbər evrir ki, agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli dağlıq ərazilərdə müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarına nəzarətin gücləndirildiyini deyib.

“Dağlıq və dağətəyi ərazilərdə qarın yağması müşahidə olunmasa da, şaxtalı hava şəraiti hökm sürür. Bu üzdən səhər saatlarından avtomobil yollarında buzlaşmaya qarşı tədbirlər görülür, qum-duz qarışığı səpilərək avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkəti təmin olunur. Dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarından istifadə edən sürücülərdən xahiş olunur ki, idarə etdikləri nəqliyyat vasitəsini qış fəslinə uyğun təchiz etsinlər. Əks halda görülən tədbirlərə rəğmən həmin nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranacaq,”- A.Nəcəfli bildirib.