Bu yüksəkrütbəli məmurla bağlı qərar verildi: Yola salınır – FOTObackend

Bu yüksəkrütbəli məmurla bağlı qərar verildi: Yola salınır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar kütləvi mərasimlərdə – toy və yas məclislərində zəhərlənmə hallarının artması ictimai diqqəti ərzaq təhlükəsizliyi ilə bağlı problemə yönəldib. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, qidaların keyfiyyətinə məsul olan qurum öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilmir. Nəticədə restoranlar, şadlıq sarayları, mərasim evləri, bu qəbildən olan digər obyektlər, o cümlədən, istehsalat müəssisələri əhaliyə vaxtı ötmüş ərzaqlar təklif edir, insanların sağlamlığını risk altında qoyurlar. 

 

NOCOMMENT.az xəbər verir ki, Yenisabah.az-ın əldə etdiyi məlumata görə, bu məsələ hakimiyyət dairələrində də ciddi narahatlıq doğurub.

Bu barədə sahibkarlarla İqtisadiyyat Nazirliyinə Cənab Prezident İlham Əliyevə də kütləvi şəkildə müraciətlər olub. Hətta bununla bağlı hakimiyyətin yuxarı eşelonunda müzakirə aparılıb və qida sektorunda islahatlara başlamaqla bağlı qərar qəbul edilib.

Məlumatlı şəxs saytımıza bildirib ki, islahatlar iki mərhələni əhatə edəcək. İlkin mərhələdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi dəyişdiriləcək. Qoşqar Təhməzli daha bacarıqlı və dinamik kadrla əvəzlənəcək. Qurumda “təmizləmə əməliyyatı” aparmaq üçün yeni sədrə “yaşıl işıq” yandırılacaq.

İkinci mərhələdə isə AQTA-nın strukturunu təkmilləşdirmək nəzərdə tutulub. Bu mərhələdə müvafiq dövlət qurumlarının AQTA üzərində nəzarəti gücləndirməsi təmin ediləcək.

AQTA-nın tərkibində fəaliyyət göstərən müxtəlif qurum və laboratoriyalarda da köklü dəyişikliklərin aparılması gözlənilir.